Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla əlamətdar olub.

NUHÇIXAN-ın məlumatına görə, IX turda ümumilikdə 19 qol vurulub.

Bu isə 2023/2024 mövsümünün rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir.

Bu turda "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1), "Araz-Naxçıvan" "Qəbələ"ni (4:1) məğlub edib. "Turan-Tovuz" - "Qarabağ" (2:2) və "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Daha əvvəl ən çox qol I turda (15 qol) vurulub. Həmin vaxt orta məhsuldarlıq 3-ə bərabər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: