Premyer Liqa: "Sumqayıt" 8 oyundur "Sabah"ı məğlub edə bilmir

A- A A+

Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış oyunda üz-üzə gələcək "Sumqayıt" və "Sabah" komandaları daha əvvəl çempionatda 20 dəfə qarşılaşıblar.

NUHÇIXAN-ın məlumatına görə, bunların 11-də paytaxt klubu, 6-da "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib.

Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də "bayquşlar"ın aşkar üstünlüyü var - 40:20.

Tərəflər arasında baş tutan son üç görüşün (3:1, 4:0, 4:0) hərəsində 4 qol qeydə alınıb. 8 oyundur rəqibinə uduzmayan "Sabah" son 5 matçda (3:0, 6:0, 3:1, 4:0, 4:0) üç və ya daha çox qol vuraraq qalib gəlib.

"Sumqayıt" sonuncu dəfə 2021-ci ilin avqustunda 2:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, oktyabrın 25-də reallaşacaq "Sumqayıt" - "Sabah" görüşü saat 18:30-da start götürəcək. Meydan sahibləri 10 xalla 8-ci, qonaqlar 11 xalla 7-ci pillədə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: