İngiltərə Premyer Liqası: “Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub

A- A A+

İngiltərə Premyer Liqasının şəriksiz lideri “Mançester Siti” komandası dekabrın 8-də cari mövsümdə çempionatda ilk dəfə məğlubiyyətlə üzləşib.

NUHÇIXAN xəbər verir ki, çempionatın 16-cı turunda səfərdə “Çelsi” ilə qarşılaşan “şəhərlilər” 0:2 hesabı ilə uduzaraq liderliyi əldən veriblər.

On altıncı turun “Stenford Bric” stadionunda oynanılan mərkəzi qarşılaşmasında ilk hissənin sonuncu dəqiqəsində Nqolo Kante “Çelsi”ni hesabda irəli çıxarıb – 1:0. Matçın 77-ci dəqiqəsində “zadəganlar” David Luizin qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıblar. Hər iki qolda Eden Hazard məhsuldar ötürmələri ilə yadda qalıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Mançester Siti”nin cari mövsümdəki 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu məğlubiyyətdən sonra “Mançester Siti” liderliyi əldən verib. Hazırda turnir cədvəlinə bu gün “Bournemouth”u səfərdə 4:0 hesabı ilə məğlub edən “Liverpul” başçılıq edir. “Liverpul”un aktivində 42, “Mançester Siti”nin isə 41 xalı var.

Gün ərzində oynanılan digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Arsenal” – “Haddersfild” - 1:0;

“Börnli” – “Brayton” - 1:0;

“Kardif” – “Sauthempton” - 1:0;

“Mançester Yunayted” – “Fulhem” - 4:1;

“Vest Hem” – “Kristal Palas” - 3:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: