u gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
NUHÇIXAN-ın məlumatına görə, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Böyük Dəbilqə
90 kq
Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)
+100 kq
Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)
Qeyd edək ki, daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə ediblər.