UEFA “Bayer 04”ün futbolçusunu “Qarabağ”la oyundakı çıxışına görə fərqləndirib

A- A A+

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundakı çıxışına görə həftənin ən yaxşı futbolçusu adına namizəd seçilib.

NUHÇIXAN-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 3 futbolçu bu mükafata iddialıdır.

Bunlar Rayan Qravenberx (“Liverpul”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Vinçentso Qrifodur (“Frayburq”, Almaniya). Həftənin ən yaxşı oyunçusu qitə futbol qurumunun azarkeşlər arasında apardığı səsvermə nəticəsində bəlli olacaq.

Qeyd edək ki, Florian Virts “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdikləri oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: