UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.
"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.
Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.