Azərbaycanın qılıncoynatma yığması beynəlxalq turnirdə gümüş medal qazanıb

A- A A+

Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, idmançılarımız sablya növündə 18 komanda arasında ikinci yeri tutublar.

Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət komanda ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gəlib.

Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən millilərin də yarışdığı turnirdə qılıncoynadanlarımız finala gedən yolda Türkiyənin üçüncü və Gürcüstanla Fransa sablyaçılarının birgə təmsil olunduğu kollektivləri müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə məğlub ediblər. Komanda həlledici qarşılaşmada Türkiyə millisinə 30:45 hesabı ilə uduzub.

Qız sablyaçıların yarışında Fərəh Abbasova, Təranə Məmmədli, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət birinci komandamız ilk görüşündə Türkiyənin beşinci komandasına 45:21 hesabı ilə qalib gəlsə də, yarımfinala yüksəlmək uğrunda qarşılaşmada Türkiyənin ikinci komandasına 44:45 hesabı ilə uduzub.

Leyla Əhmədova, Fatimə Kərimova, Cahan Sadıxova və Gülarə Tağızadədən ibarət digər kollektiv isə ilk görüşdə turnirin qalibi Böyük Britaniyaya 21:45 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: