Premyer Liqa: “Qarabağ” bu gün vahid lider ola bilər

A- A A+

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

NUHÇIXAN-ın məlumatına görə, son gündə çempion “Qarabağ” meydana çıxacaq.

Ağdam təmsilçisi çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”la qarşılaşacaq. Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasındakı matçı “Dalğa Arena”da keçiriləcəyindən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Premyer Liqa
XI tur
30 oktyabr (bazar ertəsi)

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika stadionu.

N

Klublar

O

Q

H

M

T-F

X

1

Zirə

11

6

3

2

11-7

21

2

Qarabağ

10

6

2

2

20-8

20

3

Səbail

11

5

3

3

19-17

18

4

Araz-Naxçıvan

10

5

2

3

13-10

17

5

Neftçi

11

4

3

4

11-10

15

6

Turan Tovuz

11

4

3

4

18-13

15

7

Sumqayıt

11

4

3

4

10-13

15

8

Sabah

11

3

4

4

15-14

13

9

Qəbələ

11

2

2

7

7-20

8

10

Kəpəz

11

1

3

7

5-17

6

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 7, Aleksandr Ramalinqom (“Səbail”) - 5, Pedro Nuno (“Səbail”) - 4.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: