Naxçıvan gimnastı Bölgələrarası Kubokda medal qazanıb - FOTOLAR

A- A A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışlarda  muxtar respublikanın yetirmələri də iştirak ediblər. Turnirin son günündə Bölgələrarası Kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər. 2007-ci il təvəllüdlü gimnastlar arasında mübarizə aparan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinin yetirməsi Günəş Hüseynova iki hərəkətin cəmində 12900 xal toplayıb və bürünc medal qazanıb. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: