Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
NUHÇIXAN xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü turda Monteneqro yığmasını qəbul edib.
“Dalğa Arena”da keçirilən matç Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlaq, 84-cü dəqiqədə Aytac Şərifova vurublar.
Qeyd edək ki, üç turdan sonra aktivində 10 xalı olan Azərbaycan millisi hazırda qrup lideridir. Monteneqro seçməsi isə altı xalla ikinci pillədə yer alıb. Qarşılaşma Azərbaycan yığmasının liderliyini qoruyub saxlaması baxımından da əhəmiyyətli idi. Milli komanda Monteneqrodakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.