Naxçıvanda Zəfər Günü ilə bağlı kros qaçışı keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kros qaçışı keçiriləcək. 

İştirakçılar hərəkət sxeminə uyğun olaraq Naxçıvan şəhəri Əziz Əliyev küçəsindən başlayaraq Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkına qədər 5500 metr məsafə qət etməli olacaq. 7 noyabr 10:00-da başlayacaq kros qaçışında yaşı 16-dan yuxarı hər kəs iştirak edə bilər. İştirak etmək istəyənlər aşağıdakı keçid linki vasitəsilə qeydiyyat formasını doldurmalıdır:

https://tr.ee/73pn_vsggc 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək kross qaçışında simvolik olaraq ilk 8 yerin sahibi mükafatlandırılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: