Ağır atletika üzrə Azərbaycan millisi Qahirədə keçirilən beynəlxalq turnirə üç idmançı ilə qatılıb

A- A A+

Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının beşinci ağır atletika çempionatı keçirilir.

Azərbaycan Ağır Atletika Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ağır atletika üzrə Azərbaycan yığmasının üç üzvü mübarizə aparacaq. Çempionatda Azərbaycanı 96 kiloqram çəki dərəcəsində Nailxan Nəbiyev və Kamran İsmayılov, 102 kiloqram çəki dərəcəsində isə Əliş Nəzərov təmsil edirlər.

Turnirə dekabrın 14-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: