"Qəbələ" - "Olimpiakos" oyununu idarə edəcək hakimlər bəlli olub

A- A A+

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qoqa Kikaçeşviliyə David Axvlediani, Davit Qabisonia kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: