Premyer Liqa: "Qarabağ" "Kəpəz"i, "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, ilk olaraq "Qarabağ" "Kəpəz"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla üçüncü, Gəncə klubu 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Günün digər matçında "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. "Kapital Bank Arena"da reallaşacaq görüş saat 18:00-da start götürəcək. Meydan sahibləri 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Kapital Bank Arena”

Qeyd edək ki, turun "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları noyabrın 5-də gerçəkləşəcək. Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: