Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, günün ilk matçında "Qarabağ" "Kəpəz"i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Kəpəz" 6 xalla sonuncudur.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları isə noyabrın 5-də gerçəkləşəcək.
Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.