Fransanın "France Football" nəşri "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, mükafatı qazanan ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 462 xal toplayıb.
Argentinalı dünya çempionu ən yaxın izləyicisini, İngiltərə "Mançester Siti"sində çıxış edən norveçli Erlinq Holannı 105 xal qabaqlayıb. Üçüncü yeri tutan Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe isə 270 xal toplayıb.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb.