Naxçıvanda Zəfər Gününə həsr olunan voleybol yarışına yekun vurulub - VİDEO
NUHÇIXAN xəbər verir ki, “Heydər Əliyev ili” çərçivəsində “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş yeniyetmə qızlar və oğlanlar arasında voleybol üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Qızların final mərhələsində Sədərək və Ordubad komandaları qarşılaşıb. Maraqlı keçən yarışda Sədərək komandasının voleybolçuları setlərdə üstün oyun nümayiş etdirərək 2-0 hesablı qələbə qazanıb. Yekun nəticəyə əsasən, qızlar arasında Sədərək komandası birinci yerin sahibi olub. Ordubad ikinci, Culfa komandası isə üçüncü olub.
Oğlanların final görüşündə isə Şərur və Culfa komandaları münasibətlərə aydınlıq gətirib. Rəqibindən daha üstün olan şərurlular meydandan 2-0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, oğlanlar arasında şərur komandası rəqiblərini geridə qoyaraq birinci yerin sahibi olub. Culfa komandası ikinci, Kəngərli komandası isə üçüncü olub.
Mükafatlandırma mərasimində Naxçıvan Voleybol Federasiyası İctimai Birliyinin prezidenti Vüqar Əliyev, Gənclər və İdman Nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov qalib idmançıları diplom, medal və kubokla mükafatlandırıb.