Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Niderland yığmasını ədalətsiz davranışda ittiham edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "L'Equipe" məlumat yayıb.
"Oyunda bəzi vəziyyətlərdə, xüsusən də penaltilər seriyasında düzgün addım atılmadı. Bu matçdan sonra Argentinanı az qala bədheybət kimi qələmə vermək istədilər, lakin o gecə çox şey oldu”, - Messi bildirib.
Qeyd edək ki, DÇ-2022-nin 1/4 final matçında Argentina Niderlanda penaltilər seriyasında qalib gəlib. Əsas vaxt 2:2 hesabı ilə başa çatsa da, Messi ikinci hissədə penaltini qola çevirib.
Finalda isə Argentina Fransa yığmasını penaltilər seriyasında məğlub edərək ilk dəfə dünya çempionu olub.