Braziliyalı futbolçu PSJ-nin tarixinə düşüb

A- A A+

Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubunun tarixinə düşüb.

NUHÇIXAN xəbər verir ki, 29 yaşlı müdafiəçi buna XI turda "Monpelye"ni 3:0 hesabı ilə məğlub etdikləri matçda iştirak etməklə nail olub.

Kapitan komanda ilə 300-cü qələbəsini əldə edib. Markinyos PSJ-nin bu rəqəmə çatan ilk oyunçusudur.

Qeyd edək ki, Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində 419 qarşılaşmada 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: