Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Burak Yılmaz istefa verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin öz istəyi ilə postundan ayrıldığı bildirilib.
Qeyd edək ki, "Beşiktaş" ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunun ev oyununda Norveçin "Budyo-Qlimt" klubuna 1:2 hesabı ilə uduzub.