Azərbaycanın FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Şimali Makedoniya – Gürcüstan matçının baş hakimi olacaq. R. Cabarova Namik Hüseynov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 16-da keçiriləcək.