Belçika millisinin futbolçusu Azərbaycanla oyunu buraxacaq

A- A A+

Belçika millisinin futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycanla keçiriləcək oyunu buraxacaq.

NUHÇIXAN-ın məlumatına görə, buna səbəb gənc yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Baldır nahiyəsindən xəsarət alan 22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə görüşdə iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: