İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Qavi zədə səbəbindən mövsümü erkən başa vurub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniya yığmasının “Avro-2024”ün seçmə mərhələsində Gürcüstanı 3:1 hesabı ilə məğlub etdiyi matçda zədələnən yarımmüdafiəçinin sağ dizinin çarpaz bağları qopub. Gənc oyunçunun təqribən 8-9 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Onun Avropa çempionatında oynayıb-oynamayacağı bəlli deyil.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.