Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında lövhələr üzrə ən çox xal toplayan şahmatçılar bəlli olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva fərdi nəticələrə əsasən lövhələr üzrə ikinci olmaqla gümüş medala layiq görülüblər.
Bağlanış mərasimində komanda yarışında ikinci yeri tutan millimizə də gümüş medal təqdim edilib.