İsveç 2030-cu il Olimpiadasına ev sahibliyi etməklə bağlı niyyətini təsdiqləyib

A- A A+

Stokholm meriyası İsveçin Milli Olimpiya Komitəsinin (MOK) ölkə ərazisində 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı müraciət etmək təşəbbüsünü dəstəkləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsveç MOK-un mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Stokholm rəhbərliyi İsveçdə 2030-cu il Olimpiadası və Paralimpiadanın keçirilməsi planlarının icrası barədə bələdiyyə sazişini imzalamağa hazırdır. Buna bənzər sazişlər Falun, Ore və Estersund şəhərləri tərəfindən əvvəllər imzalanıb.

2023-cü ilin fevralında məlum olub ki, İsveç 2030-cu ildə Oyunların təşkili imkanlarını nəzərdən keçirir. Sonradan hökumət İsveç MOK-un bununla bağlı niyyətini dəstəkləyib və zəruri maliyyə zəmanəti üzrə təminat vəd edib.

2030-cu ildə Olimpiadanın keçirilməsinə ABŞ, Fransa və İsveçrə də iddialıdır. Noyabrın əvvəlində Fransa Milli Olimpiya Komitəsi artıq müraciət göndərdiyi barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: