Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.
NUHÇIXAN xəbər verir ki, yığıncaq assosiasiyanın inzibati binasında təşkil olunub.
Tədbir saat 10:00-da başlayıb. İclasın gündəliyində duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.
İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verib. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək.
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasından erkən ayrılıb. 67 yaşlı mütəxəssis cəmi 10 dəqiqə toplantıda iştirak edib.