Azərbaycanın FIFA referisi "Bavariya"nın oyununa təyinat alıb

A- A A+

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: