“Qarabağ” klubu “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

A- A A+

“Qarabağ” dünyanın tanınmış idman institutlarından olan “Johan Cruyff Institute” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözləşməyə əsasən, Azərbaycan çempionunun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov “Johan Cruyff Institute”da təhsil alacaqlar.

Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev də həmin yerdə təhsilini davam etdirir.

Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini, təhsillərini artırmaq imkanı əldə edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: