"Real"ın daha bir futbolçusu zədələnib

A- A A+

İspaniyanın "Real" klubunun daha bir futbolçusu zədələnib.

NUHÇIXAN AS nəşrinə istinadən xəbər verir ki, Rodriqo Braziliya millisinin heyətində Argentinaya 0:1 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb.

Onun noyabrın 26-da "Kadis"ə qarşı La Liqa matçında və noyabrın 29-da Çempionlar Liqasında "Napoli" ilə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, Rodriqo cari mövsüm Madrid təmsilçisinin heyətində 17 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Real"da Eduardo Kamavinqa və Vinisius Junior da zədədən əziyyət çəkir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: