Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümündə iştirakı başa çatıb.
NUHÇIXAN xəbər verir ki, “Qarabağ” qrup mərhələsinin sonuncu - altıncı turunda səfərdə “Arsenal” komandasına minimal hesabla uduzub – 0:1. Oyunda yeganə qolu matçın 16-cı dəqiqəsində londonluların heyətində Aleksandr Lakazet vurub.
Qrupun digər oyununda isə “Sportinq” doğma meydanda “Vorskla”nın qapısından üç cavabsız top keçirib.
Beləliklə, “Qarabağ”ın yer aldığı E qrupundan pley-off mərhələsinə “Arsenal” və “Sportinq” komandaları yüksəliblər. Qrup mərhələsində keçirdikləri altı oyundan hərəyə üç xal toplayan “Vorskla” və “Qarabağ” üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Ağdamlılar yeganə qələbəni səfərdə “Vorskla” üzərində qazanıblar – 1:0.
Bununla da Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümündə çıxışı başa çatıb.
Xatırladaq ki, turnirin final matçı gələn il noyabrın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq.