Türkiyədə "Qalatasaray" və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyununun təyinatları bəlli olub.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Xose Mariya Sançesə yan xətt hakimləri Raul Kabanyero və İniqo Prieto yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Gilyerme Kuadra yerinə yetirəcək.
VAR-da Rikardo De Burqos, AVAR-da Xuan Martines Munuera olacaq. Hakim-inspektor sloveniyalı Draqo Kos, UEFA nümayəndəsi isə maltalı Adrian Kaşadır.
Qeyd edək ki, noyabrın 29-da İstanbulda reallaşacaq "Qalatasaray" - "Mançester Yunayted" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Sarı-qırmızılar" A qrupunda 4 xalla üçüncü, "qırmızı-şeytanlar" isə 3 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.