Fransalı azarkeşlər Çempionlar Liqası oyunundan əvvəl qonaq fanatlara hücum ediblər

A- A A+

Fransanın PSJ klubunun azarkeşləri İngiltərənin "Nyukasl" komandasına qarşı keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl qonaq fanatlara hücum ediblər.

NUHÇIXAN "RMC Sport"a istinadən xəbər verir ki, hadisə Parisdə, tərəfdarların istirahət etdiyi obyektlərin birində baş verib.

Fransalı azarkeşlər binaya stul, stol və tüstü bombası atıblar. "Nyukasl" fanatları isə barrikada qurmağa çalışıblar. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Parisdə bəzi obyekt sahiblərinə öz müəssisələrini daha erkən bağlamaq göstərişi verilib.

Qeyd edək ki, PSJ - "Nyukasl" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: