“FourFourTwo” nəşri XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi birinci pillədə göstərilib.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ikinci, İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta üçüncü olub.
Ümumilikdə siyahıya 100 oyunçu daxil edilib. İspaniyalı Xavi, braziliyalı Ronaldinyo, fransalı Zinəddin Zidan, Tyerri Anri, almaniyalı Manuel Noyer, braziliyalı Kaka və uruqvaylı Luis Suares ilk "10-luq"da yer alıblar.