Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.
Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) gümüş, Nərgiz Səmədova (55 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, təmsilçilərimiz günü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.