Dünya Badminton Federasiyası (BWF) Şurası Rusiya Milli Badminton Federasiyasının (NFBR) quruma üzvlüyünü dayandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə BWF-nin mətbuat xidməti məlumat yayıb.
Qərar ilhaq və işğal olunmuş “DXR”, “LXR”, Zaporejye və Xerson vilayətlərinin badminton federasiyalarının NFBR-ə daxil edilməsi ilə əlaqədar qəbul olunub.