Fransanın "Lion" klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayırmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Yaxın saatlarda bu barədə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Fabio Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunub. "Lion" Liqa 1-də 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla sonuncu pillədə qərarlaşıb.