"Bavariya" və "Union" (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII tur oyunu təxirə salınıb.
NUHÇIXAN Berlin təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.
Matç güclü qarın yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.