Premyer Liqa: "Səbail" son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub

A- A A+

Azərbaycan Premyer Liqasında XV tura start verilib.

NUHÇIXAN-ın məlumatına görə, açılış oyunu "Dalğa Arena"da keçirilib.

Rəqiblərini həmin arenada qəbul edən "Araz Naxçıvan" bu dəfə "Səbail"lə qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.

Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla "Səbail" xallarının sayını 23-ə, "Araz Naxçıvan" isə 22-yə yüksəldib.

Qeyd edək ki, turun "Turan Tovuz" - "Sumqayıt" görüşü bu gün, digər matçlar isə dekabrın 3-4-də baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: