Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşüb

A- A A+

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, muxtar respublika təmsilçisinin kapitanı XV turda “Səbail”lə matçda topu öz qapısından keçirib.

Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: