Çempionlar Liqası: həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolun müəllifi müəyyənləşib

A- A A+

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun ən yaxşı futbolçusu müəyyənləşib.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun fransalı hücumçusu Leroy Sane azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İyirmi iki yaşlı hücumçu bu nominasiyada Neymar ("Paris-Jer-Men”, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiyomo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.

Leroy Sane altıncı turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.

UEFA, həmçinin həftənin ən yaxşı qolunun müəllifinin adını da açıqlayıb. Bu, İspaniyanın "Barselona" klubunun gənc hücumçusu Osman Dembele olub.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: