Fransada "Nant" və "Nitsa" komandaları arasında keçirilmiş Liqa 1-in XIV turunun oyunundan əvvəl azarkeş öldürülüb.
NUHÇIXAN "Ouest France" nəşrinə istinadən xəbər verir ki, "Nitsa"nın 31 yaşlı fanatı stadionun yaxınlığındakı obyektdə kürəyindən bıçaqlanıb.
Tərəfdar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayətkar əvvəl hadisə yerindən qaçsa da, sonra polis bölməsinə gələrək günahını etiraf edib. O, özəl nəqliyyat şirkətinin sürücüsü olub və "Nitsa" fanatlarını stadiona daşıyıb. Onunla azarkeş arasında münaqişə yaşanıb.
Qeyd edək ki, görüş "Nant"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.