UEFA "Qarabağ"la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd edib

A- A A+

UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

NUHÇIXAN qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: