“Qalatasaray” ilk hədəfini Mançesterdə tapıb

A- A A+

“Qalatasaray” futbol klubunun prezidenti Mustafa Çingiz İngiltərənin Mançester şəhərinə səfər edib.

NUHÇIXAN “Fanatik”ə istinadən xəbər verir ki, M.Çingizin səfərinin əsas məqsədi iki klub arasında əməkdaşlıq yaratmaqdır. Əməkdaşlığa əsasən, infrastruktur dəstəyi, oyunçu icarəsi, müxtəlif sponsorluq fəaliyyətləri və layihə mərhələsində olan bir çox məsələlər müzakirə olunacaq.

Səfərdə “Cimbom”un baş məşqçisi Fatih Terim də həmkarı Pep Quardiola ilə görüşəcək və müxtəlif məsələlər üzrə danışıqlar aparacaq.

M.Çingiz “Mançester Siti”nin ehtiyat heyətdə yer alan 27 yaşlı müdafiəçisi Eliaquim Manqalanı yanvarda icarəyə götürmək istəyir. “Qalatasaray” rəhbərliyi mövsümün sonunda klubla müqaviləsi bitəcək fransız oyunçu ilə azad agent kimi müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Manqala 2014-cü ildə “Porto” klubundan “Mançester Siti”yə transfer olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: