Almaniya Bundesliqasının XIII turundan təxirə salınan “Bavariya” - “Union” (Berlin) oyununun vaxtı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq.
Matç həmin gün “Allianz Arena”da gerçəkləşəcək. Dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınıb.
Qeyd edək ki, “Bavariya” hazırda 32 xalla turnir cədvəlinin 2-ci, “Union” isə 7 xalla 18-ci pilləsində qərarlaşıb.