Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) NUHÇIXAN-a verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.
“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.
Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.