Azərbaycan idmançısı dünya çempionu olub - FOTOLAR

A- A A+

Rusiyanın paytaxtı Moskva şəhərində güc idman növləri üzrə ilk dünya çempionatı –"World Championship Powersport WPSO" keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı iştirak edib. Ölkəmizi benç press növündə 90 kq çəki dərəcəsində  təmsil edən Naxçıvan idmançısı Əli Əsgərov gözləntiləri doğruldaraq böyük uğura imza atıb. Təmsilçimiz 190 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırmaqla həm öz çəkisində çempion olub, həm də benç press növünün mütləq qalibi adına yiyələnib.

Qeyd edək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərov güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya üçüncülüyü, Azərbaycan çempionluğu, ölkə qran-prisindəki birinciliyi və digər nəticələri ilə uğurlu karyeraya malik idmançılarımızdandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: