Sayca doqquzuncu dəfə keçiriləcək şahmat üzrə Vüqar Həşimov Memorialının loqosu Bakının mərkəzində nümayiş etdirilir.
Turnirin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Memorialın loqosunu paytaxt sakinləri axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.
Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.