“Liverpul” Premyer Liqada öz rekordunu yeniləyib

A- A A+

“Liverpul” 90-cı dəqiqədən sonra 43-cü dəfə qol vuraraq İngiltərə Premyer Liqasındakı rekordunu yeniləyib.

NUHÇIXAN xatırladır ki, “qırmızılar” “Kristal Pelas”a qarşı səfər matçında Harvi Elliotun 91-ci dəqiqədə vurduğu qolu sayəsində 2:1 hesablı qələbə qazanıb.

Baş məşqçi Yurgen Kloppun rəhbərliyi altında Mersisayd təmsilçisinin son dəqiqələrdə vurduğu qolların sayı isə 17-dir ki, bu da ümumi göstəricinin (43) 40 faizini təşkil edir.

Qeyd edək ki, 1992-ci ildə əsas qoyulmuş Premyer Liqada almaniyalı çalışdırıcı cəmi 8 ildir ki, işləyir.

“Arsenal” isə 32 qolla turnir tarixində sözügedən göstəriciyə görə ikincidir. Bu statistikada ilk beşliyə “Tottenhem” (31), “Mançester Yunayted” (29) və “Çelsi” (26) daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: