Əliyar Ağayev "Mançester Siti"nin Çempionlar Liqasındakı oyununu idarə edəcək

A- A A+

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

NUHÇIXAN-ın məlumatına görə, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununu idarə edəcək.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Qeyd edək ki, görüş dekabrın 13-də baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: