Azərbaycan millisinin sabiq baş məşqçisi 2 aydan sonra istefaya göndərilib

A- A A+

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında 2 aydan sonra istefaya göndərilib.

NUHÇIXAN-ın “Reuters”ə istinadən məlumatına görə, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Maraqlıdır ki, qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya Kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb: “Asiya Kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 7-də məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: